Rusiya prezidenti Vladimir Putinin kiçik qızı Yekaterinanın ilk dəfə kim olduğu, nə iş gördüyü və fotoları ortaya çıxıb. Rusiya prezidenti Vladimir Putinin kiçik qızı Yekaterinanın ilk dəfə kim olduğu, nə iş gördüyü və fotoları ortaya çıxıb.

Putinin kiçik qızının sirri açıldı - 1.7 milyard dollar pul... (FOTO)

Rusiya prezidenti Vladimir Putinin kiçik qızı Yekaterinanın ilk dəfə kim olduğu, nə iş gördüyü və fotoları ortaya çıxıb.


AZNEWS.AZ xəbər verir ki, Rusiyada ailəsini mətbuatdan gizlətməsi ilə tanınan president Vladimir Putinin sirr kimi saxladığı qızlarından birinin kimliyi ilk dəfə ortaya çıxıb.

RBK televiziya kanalı Moskva Dövlət Universiteti üçün hazırlanan verilişdə təsadüfən Putinin qızını ifşa edib.



Telekanalın xəbərində deyilib ki, universitetin Elmi Şurasına Katerina Vladimirovna Tixonova adlı bir qadın rəhbərlik edir.

Verilişdə bildirilib ki, Elmi Şuranın bir çox layihələri həyata keçirmək üçün büdcəsində 1.7 milyard dollar pul var.


Putinə ən böyük müxalifət hesab edilən Aleksey Navalni isə bu insanın əslində Putinin qızı olduğunu ortaya çıxarıb.

28 yaşlı Yekaterina diqqət çəkməmək üçün bu günə qədər Katerina adını və anasının qızlıq soyadı olan Tixonovanı istifadə edib.

Keçmiş gimnast Yekaterinanın "Rokin Roll" Dünya Konfederasiyanın sədr müavini olduğu da aşkar edilib.


Yekaterinanın universitetin rəsmi toplantılarında göründüyü fotolar da mediada yayımlanıb.

Qeyd edək ki, Putin keçən il həyat yoldaşı Lyudmiladan ayrılıb.
image description image description image description image description image description