Yevlax rayonunda iki avtomobil toqquşub. Yevlax rayonunda iki avtomobil toqquşub.

Yevlaxda ağır qol qəzası – Yaralı var

Yevlax rayonunda iki avtomobil toqquşub.



AZNEWS.AZ FHN-nin saytına istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyota" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.


Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıblar.