“Tural Abbaslının Müsavat Partiyasının fəaliyyətindən ümumiyyətlə xəbəri yoxdur”. “Tural Abbaslının Müsavat Partiyasının fəaliyyətindən ümumiyyətlə xəbəri yoxdur”.

“Tural Abbaslının Müsavatın fəaliyyətindən xəbəri yoxdur”

“Tural Abbaslının Müsavat Partiyasının fəaliyyətindən ümumiyyətlə xəbəri yoxdur”.



Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini, Divan üzvü Osman Kazımov Tural Abbaslının "Müsavat Partiyasının Divanı hazırda məhkəmə funksiyasını yerinə yetirir" fikrinə münasibət bildirərkən deyib.

O.Kazımovun sözlərinə görə, partiya üzvlərini Divana dəvət edib hansısa məsələni müzakirə etmək üçün kimdənsə icazə almaq lazım deyil: "Divan parlament seçkisi ilə bağlı məsələləri müzakirə edərək məyyən qərarlar verib. Bu istiqamətdə fəaliyyət yenə də davam edir. Hətta, Tural bəyin anası da Divan üzvüdür, ən azından ondan məlumat ala bilərdi. Sadəcə o, müsahibə vermək xatirinə müsahibə verir. Divan səlahiyyətində olan məsələlərlə məşğuldur. Tural Abbaslı özü Divan üzvü olanda belə təşəbbüslərlə çıxış edirdi. Nə tez unudub".

O.Kazımov Tural Abbaslının "Qubad İbadoğlu, Ellada Məmmədli, yaxud sabah Vurğun Əyyubun Divana dəvət olunmasında və mətbuat vasitəsilə nümayişkaranə hansısa mesajların verilməsində məqsəd sabah atılacaq addıma zəmin hazırlamaqdır" fikrini də cavabsız buraxmayıb: "Arif Hacılı dəfələrlə Qubad İbadoğlunu görüşə dəvət edib. Müsavat Partiyasının başqanı daha nələr etməlidir ki, Qubad İbadoğlu və Ellada Məmmədli istədikləri vaxt qərargaha gəlib Arif bəylə görüşsünlər. Qadınlar Təşkilatının sədri olan Ellada Məmmədli Qubad bəylə birgə paralel təşkilat yaradılmasında fəal iştirak edə bilir, amma qərargaha gələ bilmir. Tural bəy niyə Qubad bəylə birgə qərargaha gələrək Arif Hacılı ilə görüşmür? O, Müsavat Partiyasının və onun rəhbərliyinin ünvanına səslənən təhqirlərə niyə münasibət bildirmir?".

Başqan müavini əlavə edib ki, nizamnaməni pozan, Müsavat Partiyasının nüfuzuna xələl gətirən üzvlər haqqında tədbirlər görüləcək: "Qurultaydan keçən müddət ərzində biz barış üçün bütün addımları atdıq. Təəssüflər olsun ki, bu addım birtərəfli oldu. Heç kim uydurduğu nağılların aludəçisinə çevrilməsin".

Qeyd edək ki, Tural Abbaslı Müsavat Partiyasının Divan üzvlərini APA-ya müsahibəsi zamanı ittiham edib.

Bahar RÜSTƏMLİ
AzNews.az