Moskva femidası növbəti dəfə ictimaiyyət önündə dilemma qoyub: “qanuni oğrular”ın işləri üzrə yüngül hökmlər - bu, hakimlərin korrupsiyasının, yoxsa polislərin natamam iş görmələrinin nəticəsidir? Moskva femidası növbəti dəfə ictimaiyyət önündə dilemma qoyub: “qanuni oğrular”ın işləri üzrə yüngül hökmlər - bu, hakimlərin korrupsiyasının, yoxsa polislərin natamam iş görmələrinin nəticəsidir?

“Qanuni oğrular” niyə yüngül cəza alır? – Korrupsiya, yoxsa...

Moskva femidası növbəti dəfə ictimaiyyət önündə dilemma qoyub: “qanuni oğrular”ın işləri üzrə yüngül hökmlər - bu, hakimlərin korrupsiyasının, yoxsa polislərin natamam iş görmələrinin nəticəsidir?



AzNews.az xarici mediaya istinadən xəbər verir ki, ötən həftə Moskvanın Nikulinsk rayon məhkəməsində gürcü "qanuni oğru" Robinzon Arabulinin işinə baxılıb. O, qeyri-qanuni narkotik saxlamaqda ittiham olunub. 62 yaşlı "qanuni oğru"nun işinə statistika ilə digər həmkarlarına nisbətən daha çox titullu şübhəlilərin məhkəməsini aparan hakim Andrey Bobkob baxıb. O, Robinzonu 40 min rubl dəyərində cərimələyib. Yeri gəlmişkən, istintaq zamanı "qanuni oğru" ev həbsində olub. Məhkəməyə isə özü müstəqil şəkildə gəlib.



"Qanuni oğru"ya edilən bu güzəşt Nikulinsk rayon məhkəməsi üçün ilk deyil. Ötən ilin sentyabr ayında hakimin narkotiklə saxlanılan iki "qanuni oğru"nu ( Puzır və İslam) həbs etməməsi daha böyük rezonans doğurub. "Qanuni oğrular" "sxodka"da narkotiklə tutulublar. Saxlanılmadan üç aydan sonra İslam şərti cəza alıb. Puzır isə hələ də hakim Andrey Bobkovun hökmünü gözləyir...

Aydan Axundova
AzNews.az