Yanvarın 30-da Rusiya Millətlər Assambleyasının iclasında Söyün Sadıkovun Assambleyadan çıxması haqqında ərizəsi qəbul olunmayıb. Yanvarın 30-da Rusiya Millətlər Assambleyasının iclasında Söyün Sadıkovun Assambleyadan çıxması haqqında ərizəsi qəbul olunmayıb.

Abbas Abbasov Söyün Sadıkova qarşı cəbhə açdı - VİDEO

Yanvarın 30-da Rusiya Millətlər Assambleyasının iclasında Söyün Sadıkovun Assambleyadan çıxması haqqında ərizəsi qəbul olunmayıb.



"Biz Söyün Sadıkovu buraxmırıq" – Asambleyanın rəhbəri Svetlana Smirnova bildirib. O Söyün Sadıkovun "AzərRos"da 10 illik fəaliyyətini yüksək qiymətləndirərək, onun Assambleyadan gedişinin mümkün olmadığını vurğulayıb. Bununla iclasın bütün iştirakşiları razılaşıblar.

Moderator.az-ın əməkdaşı Söyün Sadıkovun Assamleyadan getməsi məsələsi ilə bağlı iclasda iştirak edən "AzərRos"un Kostromadakı nümayəndəliyinin rəhbəri Kamran Babayevlə telefon əlaqəsi yaradaraq, onun fikrini soruşub. Kamran Babayev təsdiq edib ki, həqiqətən S. Sadıkov getməyi ilə bağlı bəyanatla çıxış edib, iclas iştirakçıları isə onun ərizəsini qəbul etməyərək, Assambleyada qalmasını yekdilliklə qəbul ediblər. Kamran Babayev Assambleyada Söyün Sadıkovun böyük nüfuz sahibi olduğunu bildirib.

Xatırladaq ki, Rusiya tərəfinin "AzərRos"da son vaxtlar baş verən hadisələrdə aktiv mövqe göstərmədiyinə görə Söyün Sadıkov Assambleyanın sıralarını tərk etməyi barədə bəyanatla çıxış edib. O qeyd edib ki, 17 yanvarda keçirilən qurultaya qarşı göndərilən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları və Rusiya Daxili İşlər Nazirliyinin OMON dəstəsi azərbaycan və rus xalqlarının arasında nifaq salmaq məqsədini güdüb.

"Bu məsələdə Rusiya Millətlər Assambleyası kənarda qalmamalı idi, Rusiya Prezidentinə müraciət olunmalı idi ki, "AzərRos"da baş verənlərə son qoyulsun"- Söyün Sadıkov deyib.

İclasda iştirak edən "AzərRos"un keçmiş prezidenti və Abbas Abbasovun əlaltısı Asif Məhərrəmov Söyün Sadıkov Assambleyanın iclasından gedəndən sonra çıxış edib. O çıxışında keçirilmiş qurultayı qeyri-qanuni adlandırıb: "Təşkilatın bəyannaməsinə əsasən pozuntulara yol verilib. "AzərRos"da heç bir problem yoxdu. Hər şey qaydasındadır. Biz tərəfimizdən yeni qurultaya hazırlaşırıq".

Həmçinin o qeyd edib ki, "AzərRos"da baş verən parçalanma prosesinin arxasında Söyün Sadıkovun olduğu hamıya bəllidir. Asif Məhərrəmovun çıxışı iclas iştirakçıları tərəfindən kəsilib və qeyd olunub ki, Söyün Sadıkovun olmadığı iclasda onu müzakirə etmək qeyri-etikdir. Eyni zamanda buna cavab olaraq iclas iştirakçıları Söyün Sadıkovun Rusiyada yaşayan azərbaycanlıların stabilliyi üçün illər ərzində gördüyü işləri yüksək qiymətləndiriblər.

Sizlərə ekskluziv olaraq təqdim etdiyimiz videoda açıq görünür ki Abbas Abbasov və onun əlaltılarının tutduğu yola və mövqeyə bütün "AzərRos"un Federal Şurasının üzvləri, Azərbaycan diasporunun aktivi və fəalları etiraza qalxıb. Videodan göründüyü kimi "AzərRos"un keçmiş prezidenti Asif Məhərrəmov vasitəsi ilə qurultay iştirakçıları Abbas Abbasova doğru yola gəlməsi ilə bağlı ismarıc göndərillər.