Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə başsağlığı məktubu göndərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə başsağlığı məktubu göndərib.

İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə başsağlığı məktubu göndərib.



AZNEWS.AZ xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Bolqarıstan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Jelyu Jelevin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, bütün Bolqarıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".