Xalq artisti Canəli Əkbərov 75 illik yubileyi münasibətilə mükafatlandırılıb. Xalq artisti Canəli Əkbərov 75 illik yubileyi münasibətilə mükafatlandırılıb.

Əbülfəs Qarayev Canəli Əkbərova mükafat verdi

Xalq artisti Canəli Əkbərov 75 illik yubileyi münasibətilə mükafatlandırılıb.



Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a verilən məlumata görə, görkəmli xanəndə, Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü, professor C.Əkbərov Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 75 illiyi münasibətilə nazirlik tərəfindən mükafatlandırılıb.



C.Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. O, 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.

Xanəndə teatr səhnəsində muğam operalarında bir sıra yaddaqalan Məcnun və İbn Səlam (Ü.Hacıbəyov - "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev - "Şah İsmayıl"), Aşıq Qərib (Z.Hacıbəyov - "Aşıq Qərib") obrazları yaradıb.

C.Əkbərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışır.

Görkəmli xanəndə 1989-cu ildə Azərbaycanın əməkdar artisti, 1992-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.