Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və Belçikanın "Klam” Təşkilatının təşkilatçılığı ilə Brüssel Kral Konservatoriyasında məşhur fransız bəstəkarı Roman Zantenin "In Memory of Khodjaly Victims” əsərinin Amenti Kvartetinin müşaiyəti altında dünya premyerası keçirilib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və Belçikanın "Klam” Təşkilatının təşkilatçılığı ilə Brüssel Kral Konservatoriyasında məşhur fransız bəstəkarı Roman Zantenin "In Memory of Khodjaly Victims” əsərinin Amenti Kvartetinin müşaiyəti altında dünya premyerası keçirilib.

Məşhur fransız bəstəkarı Xocalıya əsər həsr edib

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və Belçikanın "Klam” Təşkilatının təşkilatçılığı ilə Brüssel Kral Konservatoriyasında məşhur fransız bəstəkarı Roman Zantenin "In Memory of Khodjaly Victims” əsərinin Amenti Kvartetinin müşaiyəti altında dünya premyerası keçirilib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı QHT-lərə Dövlət Dəstəyi Şurası yayıb.

Məlumata görə, premyerada Belçika senatının üzvləri, Brüsseldə akreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avropa Birliyi qurumlarını təmsil edən yüksək rütbəli şəxslər, mədəniyyət və incəsənət xadimləri və QHT təmsilçiləri də daxil olmaqla 600-dən çox belçikalı iştirak edib. İştirakçılara tədbirdən əvvəl Xocalı soyqırımı haqqında məlumatları və əsəri özündə əks etdirən CD-lər paylanılıb.

Hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayan məşhur fransız bəstəkarı Roman Zante tədbiri çıxış nitqi ilə açaraq müəllifi olduğu musiqi əsərinin məqsədini belə izah edib: "Bu əsər 23 il əvvəl Azərbaycanda baş vermiş terroru və qətliamı ifadə edir. Biz sənət adamları olaraq ümid edirik ki, bu musiqi vasitəsilə vermək istədiyimiz mesaj hər kəsə bu dəhşətli hadisənin mahiyyətini olduğu kimi çatdıracaq və müharibələrin çoxlu sayda insan həyatı bahasına başa gəldiyini xatırladacaq. Biz dünyanı gələcəkdə baş verə biləcək bu cür faciələrdən qorumaq üçün bu hadisəni anmağa çağırırıq".

Daha sonra çıxış edən Klam təşkilatının rəhbəri və Amenti Kvartetinin pianoçusu xanım Merve Mersinligil bildirib ki, "bu tədbir Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində qətlə yetirilmiş mülki əhalinin xatirəsinə həsr olunur. Xocalıda öldürülən 613 insan arasında 106 qadın və 83 azyaşlı uşaq da var".

"Xocalı soyqırımı hər zaman yaşlılar, uşaqlar və qadınlar da daxil olmaqla günahsız insanların qətl edilməsi kimi xatırlanacaq. Bu qanlı gecə sağ qalanların ailələri və hazırda itkin düşmüş insanların ürəklərində və yaddaşlarında yara kimi əbədi olaraq qalacaq" ,- deyə xanım Mersinligil bildirib.

"In Memory of Khodjaly Victims" əsərinin premyerası iki saata qədər davam edib və dəfələrlə tamaşaçıların gurultulu alqışları ilə müşaiyət olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov, Türkiyənin Belşikada Krallığındakı səfiri Hakan Mehmet Olcay və digər rəsmi şəxslər iştirak ediblər.

Proqramın sonunda Şuranın sədri, millət vəkili A. Quliyev əsərin müəllifi və kvartetin üzvlərinə ilk dəfə Xocalı soyqırımını klassik musiqi janrında Avropa auditoriyasına təqdim etdiklərinə görə səmimi təşəkkürünü bildirib və onları Bakıya dəvət edib.

Onu da qeyd edək ki, Xocalıya həsr olunan bu əsər bəstəkar Roman Zantenin digər əsərləri ilə birlikdə yaxın günlərdə kütləvi satışa çıxarılacaq.