Bu gün Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kiçik oğlunun toy mərasimidir. Bu gün Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kiçik oğlunun toy mərasimidir.

Kəmaləddin Heydərovun ikinci oğlunun toyudur

Bu gün Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kiçik oğlunun toy mərasimidir.



"Qafqazinfo" xəbər verir ki, nazir kiçik oğlu Nicat Heydərova "Buta Palace"da məclis quracaq.

Nazir oğlunun özünün seçdiyi xanımla ailə qurduğu deyilir.

Qeyd edək ki, böyük qardaşından fərqli olaraq mətbuatda adı demək olar ki, hallanmayan N.Heydərovun nüfuzlu London İqtisadiyyat Məktəbinin məzunu olduğu deyilir.

Toy mərasimi ilə bağlı bəzi məqamlar da məlum olub. Nazir kiçik oğluna da dəbdəbədən uzaq toy etməyi düşünüb. Belə ki, toya böyük heyət, hətta millət vəkilləri, yüksək məmmurlar və tanınmışlar belə dəvət olunmayıb. Əsasən ailəyə yaxın insanların iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, Kəmaləddin Heydərov böyük oğlu Tale Heydərovu evləndirərkən sadə ailə ilə qohum olmasıyla diqqət çəkmişdi. Məlumata görə, onun ikinci qudası da o qədər imkanlı və məşhur olmayan ailədir.
image description image description