Bakı-Qazax magistralında avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Bakı-Qazax magistralında avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.

Bakı-Qazax yolunda yük maşını aşdı

Bakı-Qazax magistralında avtomobillərin hərəkətində məhdudiyyət yaranıb.



Bugün saat 17:00 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır tonnajlı yük avtomobili yolun hərəkət hissəsində aşıb.

AzNews.az Kəpəz TV-yə istinadan məlumat verir ki, ölən və xəsarət alan olmasa da avtomobilin yük hissəsində olan taxta materiallar yola tökülüb.

Bu səbəbdən də magistralda avtomobillərin hərəkətində problem yaranıb.
Hazırda yol polisi əməkdaşları hərəkəti bərpa etmək üçün tədbirlər görürlər.