Fevralın 20-dən bu günə qədər Donetsk aeroportunda 373 Ukrayna əsgərinin meyiti tapılıb. Fevralın 20-dən bu günə qədər Donetsk aeroportunda 373 Ukrayna əsgərinin meyiti tapılıb.

373 əsgərin meyiti tapıldı

Fevralın 20-dən bu günə qədər Donetsk aeroportunda 373 Ukrayna əsgərinin meyiti tapılıb.



ANS PRESS-in məlumatına görə, bu barədə separatçı Donetsk Xalq Respublikasının müdafiə naazirinin müavini Eduard Basurin açıqlama verib.

Onun sözlərinə görə, hava limanında tapılan 373 Ukrayna əsgərinin meyitindən 306-ı rəsmi Kiyevə təhvil verilib.

Xatırladaq ki, fevralın 27-də DXR Donetsk hava limanından 76 Ukrayna əsgərinin meyitinin tapıldığını bəyan etmişdi.

Hava limanı ətrafında isə ara-sıra qqısa müddətli döyüşlər gedir. Donetsk aeroportu Ukraynanın şərqində döyüşlərin getdiyi ən qaynar nöqtələrdən biridir.