Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramuntun Azərbaycana səfəri başlayıb. Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramuntun Azərbaycana səfəri başlayıb.

Həmməruzəçilərin Azərbaycana səfəri başladı

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramuntun Azərbaycana səfəri başlayıb.



Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər martın 1-dən başlayıb.

Səfər çərçivəsində onların Milli Məclisin spikeri Oqtay Əsədov, Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyətinin üzvləri, baş prokuror, ədliyyə naziri media, vətəndaş cəmiyyəti üzvləri ilə görüşü olacaq.

Avropa Şurasının Bakıdakı ofisinin təşkilatçılığı ilə həmməruzəçiləri parlamentdə təmsil olunmayan partiya üzvləri ilə də görüşəcəklər.

Səfər martın 4-də başa çatacaq.