Martın 2-də Bakının Nizami rayonunda tikinti işləri gedən binada uçqun baş verib. Hadisə “8-ci kilometr” bazarının (“Vosmoy bazarı”) arxasında, Nizami Rayon Hərbi Komissarlığının binasının yaxınlığında olub. Uçqun baş verən zaman fəhlələr iş başında olublar. Martın 2-də Bakının Nizami rayonunda tikinti işləri gedən binada uçqun baş verib. Hadisə “8-ci kilometr” bazarının (“Vosmoy bazarı”) arxasında, Nizami Rayon Hərbi Komissarlığının binasının yaxınlığında olub. Uçqun baş verən zaman fəhlələr iş başında olublar.

Bakıda tikilməkdə olan bina niyə uçdu? - FOTOLAR

Martın 2-də Bakının Nizami rayonunda tikinti işləri gedən binada uçqun baş verib. Hadisə “8-ci kilometr” bazarının (“Vosmoy bazarı”) arxasında, Nizami Rayon Hərbi Komissarlığının binasının yaxınlığında olub. Uçqun baş verən zaman fəhlələr iş başında olublar.



Hadisə yerində olduğumuz zaman uçan binada iş gedirdi. Axşam saatları olmasına baxmayaraq, fəhlələr 4 mərtəbəli olması planlaşdırılan binanın çökən ikinci mərtəbəsinin bərpası üçün böyük səylə çalışırdılar.

Onların fikirlərini almağa çalışsaq da, bu, mümkün olmadı. Fəhlələr danışmaqdan boyun qaçırdılar. Ətrafda xilasedicilər də gözə çarpmırdı.

Sakinlər isə hadisənin günorta saatlarında baş verdiyini söylədilər. Onlar əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasedici qruplarının gəldiyini və hadisə yerindən axşamtərəfi getdiklərini bildirdilər.

Apardığımız müşahidələr zamanı hadisənin tikilən binanın ikinci mərtəbəsinin betonun ağırlığına tab gətirməməsi nəticəsində baş verdiyi məlum oldu.

Ətraf ərazidə yaşayan sakinlər tikinti işləri ilə məşğul olan qurumların insanların həyatına biganə olmalarından şikayətləndilər. Onlar qeyd etdilər ki, binanın tikintisi iki ilə yaxındır ki, davam edir. Böyük hasara alınan ərazidə yan-yana 4 binanın tikintisi nəzərdə tutulur. Uçqun baş verən binanın 2-ci, digərlərinin isə, 1-ci mərtəbəsində tikinti işləri aparılır.

Hadisə baş verən vaxt fəhlələr iş başında olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Buna əsas səbəb kimi isə fəhlələrin həmin vaxt nahar fasiləsində olması göstərilir.

Sonda onu qeyd edək ki, tikinti işlərinə rəhbərlik edən şəxsin baş verən hadisəyə münasibətini öyrənməyə çalışsaq da, o, üzə çıxmadı.