“Qanun” nəşrlər evi yeni tərcümə kitabını satışa çıxarıb. “Qanun” nəşrlər evi yeni tərcümə kitabını satışa çıxarıb.

Osmanlı hərəmxanasına səyahət – Yeni kitab

“Qanun” nəşrlər evi yeni tərcümə kitabını satışa çıxarıb.


Nəşrlər evindən AzNews.az-a verilən məlumata görə, satışa çıxan kitab Nəriman Əbdülrəhmanlının tərcümə etdiyi Gül İrepoğlunun "Cariyə" əsəridir.

Əsər oxucuları başqa bir zamana, XVIII yüzilə, I Əbdülhəmid dövrünə, sirlərlə dolu bir məkana, Osmanlı hərəmxanasına aparır. Əsər cariyə və hərəmxana haqqında bu vaxta kimi yazılan bütün kitablardan fərqlidir. Gül İrepoğlunun "Cariyə"sində mütəxəssis olmaq və yazmaq istedadı bir-birilə ahəng təşkil edir. Quramalıq və tarixi gerçəkliyin vəhdətdə olduğu bu kitab oxucuya sənədli təsir bağışlayır.



Nigar
AzNews.az