Naməlum şəxslər “Formula 1” yarışı üzrə 7 qat dünya çempionu, 46 yaşlı Mixail Şumaxerin xəstəlik tarixçəsini oğurlayıb. Naməlum şəxslər “Formula 1” yarışı üzrə 7 qat dünya çempionu, 46 yaşlı Mixail Şumaxerin xəstəlik tarixçəsini oğurlayıb.

Şumaxerin xəstəlik tarixçəsi oğurlandı

Naməlum şəxslər “Formula 1” yarışı üzrə 7 qat dünya çempionu, 46 yaşlı Mixail Şumaxerin xəstəlik tarixçəsini oğurlayıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Bild" saytı yayıb.

Məlumata görə, oğurlanan sənədlər Şumaxeri müalicə edən həkimin kompüterində olub. Kompüterdə Şumaxerlə yanaşı digər pasiyentlərin, o cümlədən "Mercedes"in pilotu Niko Rosberqin də tarixçəsi olub.



Almaniya polisi bu qarətlə bağlı hazırda araşdırma aparır.

2013-cü ildə Fransanın Meribel kurort şəhərində xizək sürən zaman qəzaya düşən Mixail hazırda müalicə edilir.

O, başından aldığı zədəyə görə uzun müddətdir ki, komaya düşmüşdü.