Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Milli Məclisin bu gün keçirilən iclasındakı hesabatından sonra müzakirələr başlayıb. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Milli Məclisin bu gün keçirilən iclasındakı hesabatından sonra müzakirələr başlayıb.

Millət vəkilləri Ombudsmana irad tutdular: “Adlar çəkilsin”

Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Milli Məclisin bu gün keçirilən iclasındakı hesabatından sonra müzakirələr başlayıb.



Hesabata münasibət bildirən millət vəkili Musa Quliyev bəzi hüquq müdafiəçilərinin, KİV-də çalışmış və sonradan müxtəlif cinayət əməllərinə görə ittiham olunan şəxslərin adlarının çəkilməsini və onlara geniş yer verilməsini məqsədəuyğun hesab etməyib.

Onun fikrincə, bu, Azərbaycanı istəməyən təşkilatların xeyrinədir və onlarn dəyirmanına su tökür: "Ya bütün müraciət edənlərin adları çəkilsin, ya da ayrı-ayrı insanlar fərdləşdirilməsin".

Millət vəkili eyni zamanda Ombudsmanı Azərbaycana düşmən olan təşkilatlara qarşı daha qəti mövqe nümayiş etdirməyə çağırıb.

Deputat Qüdrət Həsənquliyev də çıxış edərək təklif edib ki, Ombudsman öz nüfuzundan istifadə edərək qarşıdan gələn Avropa Oyunları ilə bağlı Azərbaycana olan yersiz basqılara qarşı öz münasibətini bildirsin.

Qısa müzakirələrdən sonra birinci vitse spiker Ziyafət Əsgərovun qadınlar bayramını əsas gətirərək müzakirələrin davam etməsi ilə bağlı təkidlərindən sonra müzakirələr dayandırılaraq səsə qoyulub.
Deputatlar hesabatın lehinə səs veriblər.

Nigar
AzNews.az