Xərçəng əleyhinə unikal preparat

Ana südünün zülalından xərçəng xəstəliyi əleyhinə preparat hazırlanıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, preparatı Rusiya Bioloji Kimya və Fundamental Tibb İnstitutunun alimləri hazırlayıblar.

Preparat 2015-ci ilin dekabrından insanlar üzərində sınaqdan keçiriləcək.

Alimlər klinik təcrübələrə təqribən beş il vaxt sərf edəcəklər. Bu məqsədlər üçün əsas vəsaitlərin özəl şirkətlərdən əldə edilməsi gözlənilir.