“Qanun” nəşriyyatı daha bir kitabı yayıma göndərib. “Qanun” nəşriyyatı daha bir kitabı yayıma göndərib.

Türk siyasətçi ADR-dən yazdı

“Qanun” nəşriyyatı daha bir kitabı yayıma göndərib.




AzNews.az verir ki, yayıma göndərilən kitab türk ictimai-siyasi xadimi Mühitdin Birgen-in "İttihad və Tərəqqidə 10 il" adlı əsəridir.

Mühitdin Birgen Türkiyənin Osmanlı İmperiyası və Türkiyə cumhuriyyəti dövrünün ictimai-siyası və mədəni həyatında mühüm yer tutan, dövrünə görə mükəmməl təhsili olan şəxslərdən biridir.

"İttihad və Tərəqqidə 10 il" kitabında onun Azərbaycan cumhuriyyəti dövrünə aid xatirələri və ölkəmizin siyasi və mədəni həyatına müəllifin şəxsi baxışı sərgilənir. Kitabda Azərbaycanda keçirdiyi günlər, ictimai fəaliyyəti və yaşadıqlarını qələmə alan yazıçı qısa ömrü olan Azərbaycan Demokratik Respublikasına geniş baxış sərgiləyir.

Kitabın tərcüməsi Vilayət Quliyevə aiddir.