Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Novruz bayramına həsr olunan tədbir keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Novruz bayramına həsr olunan tədbir keçirilib.

Novruz bayramına həsr olunan rəsm sərgisi keçirilib - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Novruz bayramına həsr olunan tədbir keçirilib.


Tədbirdə ADİU-nun rektoru, professor Ədalət Muradov universitetin bütün kollektivini bayram münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycanın tanınmış rəssamı, ADİU-nun əməkdaşı Arif Bektaşi ilə tələbələrin təbiət mənzərələri və Novruza həsr olunan rəsm əsərləri böyük maraqla qarşılanıb.
Sonra rektor və tədbir iştirakçıları tələbələrin əl işlərindən ibarət Novruz xonçaları ilə tanış olublar. "Ən yaxşı Novruz xonçası" və rəsm müsabiqəsi keçirilib. Münsiflər heyətinin qərarı ilə müsabiqədə qalib gələn qrup mükafatlandırılıb.
Tədbir tanınmış incəsənət xadimlərinin və tələbələrin konsert proqramı ilə davam edib.
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description