- Köhnə - Dünya
- 27 Mart 2015 10:46
- 4 419
Nyu-Yorkdakı partlayış 3 binanı dağıtdı – Yaralılar var (VİDEO)
ABŞ-ın Nyu-York şəhərində baş verən yanğın və partlayış 3 yaşayış binasını məhv edib.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı NBC telekanalı yayıb.
Nyu-York şəhərinin meri Bill de Blazio deyib ki, partlayış binanın 1-ci mərtəbəsində çalışan fəhlələrin ehtiyatsızlığı ucbatından baş verib: "Onlar qaz boru xəttini zədələyiblər".
Hadisə nəticəsində 30 nəfər ciddi xəsarət alaraq xəstəxanalara yerləşdirilib. Onlardan 4-nün vəziyyətinin kritik olduğu deyilir.
Ərazidə yanğınla mübarizədə 250 nəfərin çalışdığı bildirilir.