- Köhnə - Cəmiyyət
- 27 Mart 2015 10:59
- 3 955
“Fikrət Qoca hələ bir müddət işə çıxa bilməyəcək” – Açıqlama
“Xalq şairi Fikrət Qoca hələ bir müddət işə çıxa bilməyəcək”.
Bu sözləri AzNews.az-a Fikrət Qocanın həyat yoldaşı Raya Qocayeva deyib.
O, şairin müalicəsinin ev şəraitində davam etdirildiyini bildirib: "Həkimlər onu tez-tez evdə müayinə edirlər. Bu üzdən də istirahət etməsi vacib hesab edilir".
Qeyd edək ki, ürək xəstəliyindən əziyyət çəkən xalq şairi fevral ayının 11-də təcili olaraq Türkiyəyə aparılmışdı.
Bahar RÜSTƏMLİ
AzNews.az