Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

İlham Əliyev MTN əməkdaşlarını təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:


Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:


3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə


Çovdarov Akif Teymurxan oğlu - general-mayor

Mahmudzadə Elşad Bilal oğlu - polkovnik


"Vətən uğrunda" medalı ilə


Ağakişiyev Vahid Balazayir oğlu - polkovnik-leytenant

Əliyev Rüfət Yaşar oğlu - tibb xidməti polkovniki

Fərəcov Beytulla Niyazi oğlu - baş leytenant

İbayev Zabil Nəsir oğlu - mayor

Məmmədov Yasin Seyfulla oğlu - ədliyyə mayoru

Sadıqov Mahir İbrahim oğlu - polkovnik

Sultanov Şahin Sultan oğlu - general-mayor


"İgidliyə görə" medalı ilə


Əsədov Amal Məhəmmədəli oğlu - kiçik çavuş

Mahmudov Ceyhun Ələkbər oğlu - baş leytenant

Mövsümov Azər Adil oğlu - kapitan


"Hərbi xidmətlərə görə" medalı ilə


Abbasov Mövlud Həsənqulu oğlu - mayor

Ağaverdiyev Pərviz Yaqub oğlu - kapitan

Cabbarov Turac Vaqif oğlu - kapitan

İbrahimov Mürsəl Qorxmaz oğlu - polkovnik

Quliyev Bəhruz Yusif oğlu - kapitan

Rzayev Tural Məmməd oğlu - kapitan

Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant."