“Beynəlxalq standartlara əsasən, saatların geri çəkilməsi ilə həmin müddət ərzində ölkədə enerji sərfinə 5 faiz qənaət edilir”. “Beynəlxalq standartlara əsasən, saatların geri çəkilməsi ilə həmin müddət ərzində ölkədə enerji sərfinə 5 faiz qənaət edilir”.

Yay vaxtına keçidin iqtisadiyyata təsiri - Ekspertin şərhi

“Beynəlxalq standartlara əsasən, saatların geri çəkilməsi ilə həmin müddət ərzində ölkədə enerji sərfinə 5 faiz qənaət edilir”.



AzNews.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov yay vaxtına keçidin iqtisadiyyata təsirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, yeni sistemə keçid enerjiyə qənaət, eləcə də sosial vətəndaşların yeni fəsilə adaptasiya edilməsi baxımından əhəmiyyətlidir.

"Saat əqrəblərinin irəli və ya geri çəkilməsi əksər inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa dövlətlərində tətbiq edilir. Beynəlxalq praktikada yay və ya qış vaxtına keçid iqtisadi, psixoloji və tibbi faktorlar ilə bağlı olsa da, kriminal hadisələrə qarşı mübarizə tədbiri kimi də tətbiq edilir.

Əvvəla yay vaxtına keçidin başlıca əhəmiyyəti ondan ibarətdir ki, iş başladığı andan bitənə qədər, praktiki olaraq hava işıqlı olduğundan, həmin zaman müddətində enerjiyə qənaət olunur. Bunun digər tərəfi ondan ibarətdir ki, məşğul əhali yeni fəsilə uyğunlaşa bilir. Beynəlxalq standartlara əsasən, saatların geri çəkilməsi ilə həmin müddət ərzində ölkəmizdə enerji sərfinə 5 faiz qənaət edilir.

Bu baxımdan, qış və yay vaxtlarının tətbiq edilməsi doğru addımdır. Azərbaycanda bu sistemin tətbiqinin həm fəslin dəyişməsi ilə əlaqədar olaraq işçilərin əhval-ruhiyyəsinin mövsümə uyğunlaşdırılmasına, həm də məhsuldarlığın artması aspektinə müsbət təsiri var".

Vüqar Bayramov saatların irəli çəkilməsinin xidmət sektorlarında iş vaxtının daha uzunmüddətli olmasına şərait yaratması baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.

"Bu, xidmət sektorunda çalışan müəssisələrin gəlirlərinin artmasına təsir göstərir. Buna görə də, aqrar sektor saat əqrəblərinin irəli çəkilməsindən udan sahələrdən biri hesab olunur" – deyə, ekspert bildirib.


Nigar