Azərbaycanlı milyarder Türkiyənin Bodrum bölgəsində dövlət mülkiyyətində olan 400 min kvadratmetrlik ərazinin satışına dair keçirilən tenderin qalibi olub. Azərbaycanlı milyarder Türkiyənin Bodrum bölgəsində dövlət mülkiyyətində olan 400 min kvadratmetrlik ərazinin satışına dair keçirilən tenderin qalibi olub.

Mübariz Mənsimov Türkiyədə yeni biznes qurur – 150 milyonluq ərazi

Azərbaycanlı milyarder Türkiyənin Bodrum bölgəsində dövlət mülkiyyətində olan 400 min kvadratmetrlik ərazinin satışına dair keçirilən tenderin qalibi olub.



Özəlləşdirmə İdarəsi tərəfindən keçirilən tenderdə prezident Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri ilə ortaq gəmiçilik biznesinə malik olan milyarder Mübariz Mənsimovun şirkəti ən yüksək qiymət təklif edib. Nəticədə Bodrumun Tülkücük səmtində yaxta limanı, turizm təsisləri və villa inşaatı üçün ayrılan ərazinin sahibi "Palmali Group Company" olub. Mənsimov ərazini almaq üçün 370 milyon TL (təxminən 150 milyon dollar) +ƏDV ödəyib.

Tenderə cəmi dörd şirkət qatılıb. İlk turda ərazi üçün təklif edilən ən yüksək qiymət 320 milyon TL olub. Son turda ərazi ilk turun qalibi olan şirkətlər arasında hərrac yolu ilə satılıb və ən yüksək təklifi "Palmali" verib.

Tenderin nəticələrinin elan edilməsindən sonra "Palmarina" şirkətinin ("Palmali Group"a daxildir) idarə heyətinin sədr müavini Tolqa Ağar deyib ki, ərazidə ətraf mühit müdafiəçilərinin həssaslığı nəzərə alınaraq liman inşa edilməyəcək, ancaq villa və otellər tikiləcək. Tolqa Ağar xatırladıb ki, "Palmali" şirkəti artıq Bodrumda yaxta limanı işlədir, yeni alınan ərazi liman inşası üçün nəzərdə tutulsa da onlar turizm təsislərinə üstünlük verəcəklər. Bu zaman Bodrumun memarlıq üslubuna və ətraf mühitə xələl gətirməyəcəklər.

Xatırladaq ki, Ərdoğanın oğlu Bilal Ərdoğanın və digər ailə üzvlərinin təsis etdiyi gəmiçilik şirkəti ilə Mənsimovun arasında sıx ortaqlıq var. Bu ortaqlıq sayəsində Mənsimovun şirkəti tərəfindən inşa edilən neft tankerləri Bilal Ərdoğanın Maltada qeydiyyatdan keçmiş şirkətinə satılır. Daha sonra "Palmali" neft daşımaq üçün həmin tankerləri icarəyə götürür. Türkiyə mətbuatı bu işbirliyini şübhəli hesab edir. (virtualaz.org)