Martın 28-də Ağsuda iki nəfəri güllələyərək qətlə yetirən 62 yaşlı Ramiz Ələkbərovu yaxalamaq hələ də mümkün olmayıb. Martın 28-də Ağsuda iki nəfəri güllələyərək qətlə yetirən 62 yaşlı Ramiz Ələkbərovu yaxalamaq hələ də mümkün olmayıb.

Xalq artistinin qardaşı oğlunu öldürəndən - Yeni məlumat

Martın 28-də Ağsuda iki nəfəri güllələyərək qətlə yetirən 62 yaşlı Ramiz Ələkbərovu yaxalamaq hələ də mümkün olmayıb.

Lent.az-ın məlumatına görə, R.Ələkbərovun saxlanılması üçün lazımi tədbirlər davam etdirilir və onun barəsindəki məlumatlar bütün polis orqanlarına göndərilib.

Bildirilir ki, əvvəlcə Ağsuda kirayədə yaşadığı evdə 49 yaşlı Sərxan Soltanovu, daha sonra isə "Ata Yurdu" restoranında Mahir Mirzəyevi güllələyərək qətlə yetirən R.Ələkbərov rayonda daha çox "Lomka Ramiz" adı ilə tanınıb. O, kirayə tutduğu evdə tənha yaşayırmış.

Hazırda Ramiz Ələkbərovun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam edir.

Qeyd edək ki, martın 28-də Ağsu rayonunda 2 müəmmalı qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə hadisə bu gün Ağsu şəhərinin Şakir Hacıyev küçəsindəki 6 saylı evdə baş verib. Həmin ünvanda kirayə yaşayan və Səməd Vurğun küçəsindəki 66 saylı mənzildə qeydiyyatda olan 1953-cü il təvəllüdlü Ələkbərov Ramiz Ələkbər oğlu özünə məxsus avtomobilin xarab olan mühərrikini düzəltdirmək bəhanəsi ilə motor ustası işləyən, şəhərin Azadlıq küçəsindəki 20 saylı ünvanda qeydiyyatda olan və Heydər Əliyev prospektindəki 16 saylı evdə yaşayan 1966-cı il təvəllüdlü Soltanov Sərxan Əsgər oğlunu kirayə yaşadığı evə dəvət edib. Ramiz Ələkbərov evinə çağırdığı Sərxan Soltanovu əvvəlcədən hazırladığı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Ağsu Rayon Polis Şöbəsindən APA-ya o da bildirilib ki, Sərxan Soltanovu qətlə yetirən Ramiz Ələkbərov həmin ov tüfəngi ilə bu gün səhər saatlarında Ağsu aşırımındakı "Ata yurdu" restoranının qarşısında Xalq Artisti, tanınmış aktyor Mikayıl Mirzənin qardaşı oğlu, sahibkar Mahir Mirzəyevi də öldürərək qaçıb. Məlumata görə, Ramiz Ələkbərov şəxsi maşını ilə Ağsu aşırımı ilə Şamaxı rayonunadək gedib, sonra avtomobilini Şamaxıda yolun kənarında saxlayaraq yoldan keçən başqa avtomobilə oturub və onunla Qobustan rayonu Mərəzə qəsəbəsinədək gedib. R.Ələkbərov orada həmin avtomobildən düşərək naməlum istiqamətə gedib.

Hazırda respublikanın hüquq-mühafizə oqranlarının əməkdaşları bir gündə iki nəfəri amansızlıqla qətlə yetirən Ramiz Ələkbərovun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Ramiz Ələkbərovun hər iki şəxsi bir gündə öldürməsinin dəqiq səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Mərhum Mahir Mirzəyevin əmisi oğlu Vüsal Mirzəyev APA-ya bildirib ki, Ağsuda böyük hörməti olan, insanlarla xoş və mehriban davranışı ilə seçilərin, heç kimə pisliyi dəyməyən, xeyirxah əməlləri ilə rayon sakinlərinin xatirəsində yaxşı insan kimi qalan sahibkar və incəsənətlə məşğul olan Mahir Mirzəyevin düşməni olmadığını və onun ölümünə görə heç kimdən şübhələnmədiklərini deyir.

Onu incəsənət adamları çox gözəl tanıyırdı. Bu gözlənilməz hadisəyə görə bütün qohumların şoka düşdüyünü deyən Vüsal Mirzəyev hüquq-mühafizə orqanlarından onu öldürən şəxsin tezliklə tapılaraq layiqli cəza verilməyini istəyib. Qeyd edək ki, Mahir Mirzəyev 10 ilə yaxındır ki, Ağsu aşırımındakı "Ata yurdu" restoranı işlədirdi.