Dünən axşam Bakının Yasamal rayonunda Talıblı və Şərifzadə küçələrinin kəsişməsində Xəyal İbrahimovun idarə etdiyi "Daewoo" markalı avtomobil Ağaxan Muradovun idarə etdiyi "Az Samand" markalı avtomobillə toqquşub. Dünən axşam Bakının Yasamal rayonunda Talıblı və Şərifzadə küçələrinin kəsişməsində Xəyal İbrahimovun idarə etdiyi "Daewoo" markalı avtomobil Ağaxan Muradovun idarə etdiyi "Az Samand" markalı avtomobillə toqquşub.

Bakıda bank işçisi faciəvi şəkildə öldü – Təfərrüat (FOTOLAR)

Dünən axşam Bakının Yasamal rayonunda Talıblı və Şərifzadə küçələrinin kəsişməsində Xəyal İbrahimovun idarə etdiyi "Daewoo" markalı avtomobil Ağaxan Muradovun idarə etdiyi "Az Samand" markalı avtomobillə toqquşub.

Nəticədə hər iki sürücü ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib, ancaq həkimlərin səyinə baxmayaraq "Daewoo"nun sürücüsü dünyasını dəyişib.

AZNEWS.AZ -ın əldə etdiyi məlimata görə, "Daewoo"nun sürücüsü NİKOİL bankın əməkdaşı olub. O, bankın problemli kreditlər şöbəsində çalışıb.

***

(6:10)

NİKOİL bankdan sorğumuza cavab olaraq bildirilib ki, onların Xəyal İbrahimov
adlı əməkdaşı yoxdur: "Yazı yayımlandıqdan sonra biz araşdırma apardıq. Məlum oldu ki, nə həmin şəxsin, nə də qəza törədilən avtomobilin bizim banka heç bir aidiyyəti yoxdur".