- Köhnə - İdman
- 30 Mart 2015 14:53
- 2 846
“Neftçi“nin prezidenti istefa verdi
Bu gün “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov istefa verib.
Qol.Az-ın yaydığı özəl məlumata görə, yaxın vaxtlarda istefanın səbəbləri haqda S.Sadıqovun özünün açıqlama verəcəyi gözlənilir.
Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən "Neftçi"nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə "Neftçi" üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.