Almaniyanın “Lufthansa” avia şirkətinə məxsus olan “Airbus 340” sərnişin təyyarəsi Rusiyanın Yekaterinburq şəhərində təcili eniş edib. Almaniyanın “Lufthansa” avia şirkətinə məxsus olan “Airbus 340” sərnişin təyyarəsi Rusiyanın Yekaterinburq şəhərində təcili eniş edib.

Almaniyanın sərnişin təyyarəsi təcili eniş etdi – SƏBƏB

Almaniyanın “Lufthansa” avia şirkətinə məxsus olan “Airbus 340” sərnişin təyyarəsi Rusiyanın Yekaterinburq şəhərində təcili eniş edib.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi Yekaterinburq aeroportunun strateji kommunikasiyalar üzrə direktoru Dmitri Tyuxtinə istinadən yayıb.

Ekipajın məlumatına görə, Pekindən Münhenə uçan təyyarədə sərnişinlərdən birinin sağlamlıq durumu pisləşib: "Bu səbəbdən də təcili eniş həyata keçirilib. Sərnişinin ürəyində problem yaranıb. Hazırda həkimlər təyyarənin göyərtəsində xəstəyə baxırlar".