“Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı çıxartdığı qərar Türkiyənin Rusiya ilə daha da yaxınlaşmasına gətirib çıxaran bir addımdır”. “Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı çıxartdığı qərar Türkiyənin Rusiya ilə daha da yaxınlaşmasına gətirib çıxaran bir addımdır”.

“Avropa Parlamentinə cavab kəskin olmalıdır” - Fazil Mustafa

“Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı çıxartdığı qərar Türkiyənin Rusiya ilə daha da yaxınlaşmasına gətirib çıxaran bir addımdır”.

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti Türkiyə ilə münasibətləri bu cür səviyyəsiz formada baltalayıb və nəticədə Türkiyənin yeni siyasət ortaya qoyması imkanları yaranıb:
"Ancaq hələ ki, Etyen Mahçupyanın ağlı ilə idarə olunan bir zehniyyətin doğru qərar qəbul edəcəyi inandırıcı görünmür. Bu qətnamə sırf siyasi xarakterlidir, cavabı isə kəskin siyasi jest olmalıdır".

Bahar RÜSTƏMLİ
AzNews.az