"Aprelin 15-i gecə saatlarında yayılan xəbərin türk dünyasına zərbə olduğu aydındı. "Aprelin 15-i gecə saatlarında yayılan xəbərin türk dünyasına zərbə olduğu aydındı.

Jurnalistlər AP-nin erməni qətnaməsini qondarma çıxardı - Fakt (Foto)

"Aprelin 15-i gecə saatlarında yayılan xəbərin türk dünyasına zərbə olduğu aydındı.

Amma bu zərbənin türkləri yıxacağını düşünmək olmaz. Əksinə, Avropa Parlamentinin Brüsseldə keçirilən plenar iclasında qondarma "erməni soyqırımı" barədə qətnamə qəbul etməsi Türkiyə xarici siyasətini nəhayət yuxudan ayıltmalıdır".

Bu fikirlər Jurnalist Ekspert Mərkəzinin Avropa Parlamentinin qondarma "erməni soyqırımı"nın 100 illiyinin ümümavropa anımına dair qətnaməsinə etiraz əlaməti olaraq yaydığı bəyanatındandır.

Bəyanatda deyilir ki, Avropa Birliyinin məlum sənədinin mahiyyətini dəqiq dərk etmək vacibdir. Qətnamənin sonunda "Procedure: Non-legislative resolution" cümləsi yazılıb. Tərcüməsi belədir: "Hüquqi qüvvəsi yoxdur". Bu onu göstərir ki, ermənilər təzminat tələb edə bilməzlər və avropalılara ünvanlanan müraciət sadəcə tövsiyə xarakteri daşıyır.

JEM hazırladığı bəyanatda xüsusi olaraq vurğulanır ki, əsasən də Türkiyə xarici vətəndaşlarla ciddi təmaslar qurmalı, hər bir avropalını qondarma mövqeyin təsirinə düşməməyə çağırmalı, bu istiqamətdə diaspor fəaliyyətini tamamilə yenidən qurmalıdır.