Ümid Partiyası Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qətnamə ilə bağlı bəyanat verib. Ümid Partiyası Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qətnamə ilə bağlı bəyanat verib.

“Soyqırım layihəsini qəbul edənlər günahı olan dövlətlərdir”

Ümid Partiyası Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qətnamə ilə bağlı bəyanat verib.



AzNews.az-a daxil olan bəyanatda qeyd olunur ki, Avropa Parlamentinin bu qətnaməsi tarixi ədalətsizlikdir, qərəzlidir və həqiqəti əks etdirmir.

Bəyanatda qeyd olunub ki, bunu təbliğ və təşviq edən ölkələrin çoxu zamanında hadisələrin baş verməsində böyük xidmətləri və günahları olmuş dövlətlərdir. 1915-ci ildə Türkiyədə yaşayan erməniləri xəyanətə sövq etməklə həmin dövlətlər türklərin də kütləvi şəkildə qırğınına səbəb olublar.

Təəssüflər olsun ki, Avropa Parlamenti erməni daşnaklarının 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər şəhərlərində törətdikləri qanlı qırğınlara, Azərbaycan ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə, habelə indi Ermənistan adlanan ərazidə, öz dədə-baba yurdlarında azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəşiliklərə, qanlı etnik təmizləməyə, əsasən də yaxın tarixdə baş verən Xocalı soyqırımına hələ də münasibət bildirməyib.

Partiya bəyan edir ki, Ermənistanın əsassız iddialarına dəstək verən bu qətnamə regionda gərginliyin, dini və milli ədavətin artmasına səbəb olur, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə maneçilik törədir, beynəlxalq qurumların obyektivliyini şübhə altına alır, onlara olan inamı sarsıdır.