Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində növbəti avtomobil hərracı təşkil olunacaq. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində növbəti avtomobil hərracı təşkil olunacaq.

2000 manata xarici maşınlar satılır - Bakıda

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində növbəti avtomobil hərracı təşkil olunacaq.


Komitədən AzNews.az-a verilən məlumata görə, mayın 19-da təşkil olunacaq hərraca 9 avtomobil çıxarılacaq. Avtomobillərin istehsal ili 1998-ci ildən 2007-ci ilə qədərdir.

Hərraca çıxarılanlar arasında 2007-ci il buraxılışlı "Nissan Maxima" avtomobili də var ki, qiyməti 4050 manatdır. 1998-ci il istehsalı olan Daewoo Leganza avtomobilinin start qiyməti isə 2028 manat civarında müəyyən edilib.

Digər avtomobillərin də qiyməti o qədər yüksək deyil. Onların start qiyməti 1400 manatla 2300 manat arasında dəyişir.

Hərracda iştirak etmək üçün avtomobilin ilkin hərrac qiymətinin 10%-i qədər beh ödənilməlidir.

Nigar ETİBAR