Bu gün saat 05:00 radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət silahlı qaçaqmalçı qrup tərəfindən külli miqdarda narkotik maddə olan 2 kq heroinin və 3 kq marixuananın Azərbaycana gətirilməsinin qarşısı alınıb. Bu gün saat 05:00 radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət silahlı qaçaqmalçı qrup tərəfindən külli miqdarda narkotik maddə olan 2 kq heroinin və 3 kq marixuananın Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Azərbaycan-İran sərhədində atışma – 1 nəfər yaralandı

Bu gün saat 05:00 radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət silahlı qaçaqmalçı qrup tərəfindən külli miqdarda narkotik maddə olan 2 kq heroinin və 3 kq marixuananın Azərbaycana gətirilməsinin qarşısı alınıb.


AzNews.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, sərhəd pozucuları qanunun tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Sərhəd naryadı tərəfindən silahın təlimata uyğun tətbiqi nəticəsində bir nəfər sərhəd pozucusu yaralanıb. Dəstənin digər üzvləri havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək hadisə yerindən yayınıblar. Yaralı sərhəd pozucusuna zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti stabildir.

Cinayətin digər iştirakçılarının müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.