Futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turu “Qarabağ” üçün uğurlu alınıb. Ağdam təmsilçisi səfərdə “Simurq”u 2-0 hesabı ilə məğlub edib. Futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turu “Qarabağ” üçün uğurlu alınıb. Ağdam təmsilçisi səfərdə “Simurq”u 2-0 hesabı ilə məğlub edib.

Qurban Qurbanov: “Bizi qarşıda yenə ağır oyun gözləyir“ (VİDEO)

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turu “Qarabağ” üçün uğurlu alınıb. Ağdam təmsilçisi səfərdə “Simurq”u 2-0 hesabı ilə məğlub edib.


AzNews.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:
"Ən vacib qələbələrimizdən birini qazandıq. Düzdür, çox çətin oldu, oyunçular çox əziyyət çəkdilər. "Simurq"a qarşı oynamaq həm xoşdur, həm də ağırdır. Mövsümün sonuna doğru getdikcə mikrozədələr çoxalır. Bu amil bizi narahat edir. Ehtiyat oyunçularımızın sayı o qədər də çox deyil. Hər bir oyun, hər bir xal bizim üçün çox vacibdir. Hələ ki, Zaqataladayıq. Burada kubokun cavab oyununa hazırlaşacağıq. Bizi qarşıda yenə ağır oyun gözləyir. Yeri gəlmişkən, hər bir zaqatalalı azarkeşi salamlayıram, onlara təşəkkür edirəm".

"Simurq"un baş məşqçisi George Çıxradze oyun barədə fikirlərini bölüşüb:
"Sərgilədiyimiz oyuna baxsaq, bu gün biz məğlub olmamalı idik. Ardıcıl çətin oyunlar keçirmişdik. Buna görə heyətdə müəyyən dəyişikliklərə getmişdik. Ümumi səhvlər buraxdıq. Bu da qolla nəticələndi. İndi istirahət etməli və növbəti oyuna hazırlaşmalıyıq".