Xəbər verildiyi kimi, dünən Rusiya prezidenti Vladimir Putin canlı efirdə 4 saat ərzində Rusiya vətəndaşlarının suallarına cavab verib. Xəbər verildiyi kimi, dünən Rusiya prezidenti Vladimir Putin canlı efirdə 4 saat ərzində Rusiya vətəndaşlarının suallarına cavab verib.

Ehtiyatda olan rus polkovnik Putinin sözünə qulaq asmadı

Xəbər verildiyi kimi, dünən Rusiya prezidenti Vladimir Putin canlı efirdə 4 saat ərzində Rusiya vətəndaşlarının suallarına cavab verib.


AzNews.az xəbər verir ki, Rostov şəhərində yaşayan Yelena Fadeyeva prezidentdən xahiş edib ki, Putin ərinin ona it almasına köməklik göstərsin:

"Hörmətli, Vladimir Vladimiroviç. Sizə bir sualım və xahişim olacaq. Aprelin 25-də mənim rəfiqəmin 40 yaşı tamam olur. O, hədiyyə kimi it alınmasını istəyir. Mən və digər rəfiqələrim ona it almağı planlaşdırırıq, ancaq mənim ehtiyatda olan polkovnik ərim buna qarşı çıxır. O, yalnız Ali Baş Komandan kimi sizin sözünüzə baxa bilər. Ona deyin ki, "Boris, arvadına it almağa icazə ver". Arzular reallığa çevrilir. Çox sağ olun. Hörmətlə Yelena. Bu, bizim almaq istədiyimiz itdir".



Bu gün məlum olub ki, Boris prezidentin sözünü yerə salıb və həyat yoldaşına it almağa icazə verməyib.



Bu haqda "Danışır Moskva" radio stansiyasına Yelenanın özü məlumat verib:

"Ərim hələlik arzumu yerinə yetirməyib. Yayımdan sonra o, şoka düşüb. Onun xoşu gəlmir ki, kimsə ona söz desin, təsir etsin. Gözləyək, görək bunun axırı necə olacaq. İnanıram ki, arzumuz yerinə yetəcək".