"Bu partiyada qələbə görünmürdü. Oyunda üstünlük var idi. Amma üstünlük qələbə demək deyil. Sona qədər bir fil üstünlüyüm olsa da, rəqib səhvə yol vermədi. F.Karuana çox ustalıqla müdafiə olundu". "Bu partiyada qələbə görünmürdü. Oyunda üstünlük var idi. Amma üstünlük qələbə demək deyil. Sona qədər bir fil üstünlüyüm olsa da, rəqib səhvə yol vermədi. F.Karuana çox ustalıqla müdafiə olundu".

“Sona qədər bir fil üstünlüyüm olsa da ...” - Şəhriyar Məmmədyarov

"Bu partiyada qələbə görünmürdü. Oyunda üstünlük var idi. Amma üstünlük qələbə demək deyil. Sona qədər bir fil üstünlüyüm olsa da, rəqib səhvə yol vermədi. F.Karuana çox ustalıqla müdafiə olundu".


AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirinin birinci turunda italiyalı Fabiano Karuana ilə heç-heçə oynayan təmsilçimiz Şəhriyar Məmmədyarov görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Oyunda məğlubiyyət barədə düşünmədiyini vurğulayan F.Karuana bildirib: "Şəhriyar yaxşı gedişlər etdi. Lakin üstünlüyü artırmadı. Çox az səhvim oldu. Bəzi gedişləri etsəydim, nəticə fərqli olacaqdı. Müəyyən gedişləri təhlil etsəm də başqa çıxış yolu yox idi. Uğur qazanmaq istəyirdim. Fikrimcə, başlanğıcda yarım xal da pis deyil".