Bakı şəhərində 3 nəfərin ölümü, 1 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Bakı şəhərində 3 nəfərin ölümü, 1 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Bakıda ağır yol qəzası: 3 ölü, 1 yaralı

Bakı şəhərində 3 nəfərin ölümü, 1 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı FHN yayıb.

Məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Məlum olub ki, "Lifan" markalı minik avtomobilində sürücü və iki sərnişin aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Xilasedicilər deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan daha bir sərnişini yaralı halda çıxarıblar.

Xəsarət alan sərnişinin adı məlum olub.

Bu haqda 1 saylı Şəhər Kliniki Xəstəxanasından APA-ya bildiriblər.

Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan "Lifan" markalı minik maşınının yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində baş verən qəzada Bülbülə qəsəbəsinin sakini, 1954-cü il təvəllüdlü Səlimov Akif Səlim oğlu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb.

Hazırda polis əməkdaşları hadisə yerində müayinələr aparır.