Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əli yanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əli yanıb.

Rəcəb Tayyib Ərdoğanın əli yandı - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əli yanıb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Məlumata görə, hadisə Qazaxıstanda qeydə alınıb.

Bu ölkədə rəsmi səfərdə olan Türkiyə prezidenti Qazaxıstanın Türküstan şəhərindəki Ahmet Yesevi Universitetində çıxışı zamanı əlini kürsüdəki stolüstü lampaya vurub. Lampanın hərarətindən onun əli yanıb, ancaq o, buna məhəl qoymayaraq sözünə davam edib.

Qeyd edək ki, həmin mərasimdə Ərdoğana fəxri professor adı verilib.