Türkiyənin Xarici İşlər Nazirliyi İraqın Ərbil şəhərində ABŞ Baş Konsulluğu binasının yaxınlığında baş verən partlayışda ölən 2 Türk vətəndaşının olduğunu bildirib. Türkiyənin Xarici İşlər Nazirliyi İraqın Ərbil şəhərində ABŞ Baş Konsulluğu binasının yaxınlığında baş verən partlayışda ölən 2 Türk vətəndaşının olduğunu bildirib.

Ərbildəki partlayışda 2 Türkiyə vətəndaşı öldü – VİDEO

Türkiyənin Xarici İşlər Nazirliyi İraqın Ərbil şəhərində ABŞ Baş Konsulluğu binasının yaxınlığında baş verən partlayışda ölən 2 Türk vətəndaşının olduğunu bildirib.


AZNEWS.AZ xəbər verir ki, bununla bağlı nazirlik açıqlama yayıb.

"İraq Kürd Regional Rəhbərliyinin (IKBY) tabeliyində olan Ərbildə axşam saatlarında həyata keçirilən bombalı hücumda iki nəfər həlak olub, ən azından 10 nəfər isə yaralanıb. İlk araşdırmalara görə həyatını itirən iki nəfərin Türkiyə vətəndaşı olduğu bəlli olub. DNT testiylə onların kimlikləri yoxlanılır. Yaralananlar arasında olduğu öyrənilən beş Tükiyə vətəndaşı isə Türkiyənin Ərbil Baş Konsulluğunun rəsmiləri tərəfindən xəstəxanalara aparılıb", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Səddam Hüseynin keçmiş müavini və İŞİD hərbi quruculuğunun beyni kimi tanınan İzzət İbrahim Durinin öldürüldüyü gün Ərbildəki Ankawa bölgəsində ABŞ Baş Konsulluğu binasının yaxınlığında partlayış baş verib.

"Reuters" bildirib ki, İraq Kürdüstan Regional Rəhbərliyinin paytaxtı hesab edilən Ərbildəki konsulluğa hücumdan sonra bölgədən silah səsləri eşidilib.

Ərbil valisinin verdiyi açıqlamada 3 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı deyilir.