“Üç aydır ki, ayağımda müalicə gedir, amma hələ də normal yeriyə bilmirəm”. “Üç aydır ki, ayağımda müalicə gedir, amma hələ də normal yeriyə bilmirəm”.

“Oturduğum yerdə işə düşdüm” – Nəriman Həsənzadə

“Üç aydır ki, ayağımda müalicə gedir, amma hələ də normal yeriyə bilmirəm”.


Bunu AzNews.az-a xalq şairi Nəriman Həsənzadə deyib.

O bildirib ki, ayağında aparılan müalicə hələ bir ay da davam edəcək:
"Ev şəraitindəyəm, heç yerə gedə bilmirəm. Həkimə maşınla gedib, maşınla da gəlirəm. Ayağım möhkəm əzilib. Həkimlər deyir ki, bu əziyin bitişməsi üçün vaxt lazımdır. Oturduğum yerdə işə düşdüm".

Xatırladaq ki, xalq şairi bu ilin fevral ayının 2-də avtomobil qəzası keçirib.

Bahar RÜSTƏMLİ
AzNews.az