Əməkdar artist Lalə Məmmədova xalq artisti, tanınmış bəstəkar Ramiz Mirişlinin ölümünə üzüldüyünü bildirib. Bu haqda o, özünün Facebook səhifəsində yazıb. Əməkdar artist Lalə Məmmədova xalq artisti, tanınmış bəstəkar Ramiz Mirişlinin ölümünə üzüldüyünü bildirib. Bu haqda o, özünün Facebook səhifəsində yazıb.

Lalə Ramiz Mirişlidən yazdı: “Gözüm sizi hələ çox axtaracaq”

Əməkdar artist Lalə Məmmədova xalq artisti, tanınmış bəstəkar Ramiz Mirişlinin ölümünə üzüldüyünü bildirib. Bu haqda o, özünün Facebook səhifəsində yazıb.

AzNews.az-a xəbər verir ki, "əvəzolunmayan sənətkar" ifadəsi ilə razılaşmayan müğənni bəstəkarla hər gün görüşdüyünü xatırladıb:
"Mən "əvəzolunmayan insan yoxdur" fikri ilə bəlkə də razılaşaram. Ancaq "əvəzolunmayan sənətkar" ifadəsi ilə əslən razılaşmıram. Sənətkarlar təkrarsızdırlar, əvəzsizdirlər, ölməzdirlər. Ramiz Mirişlinin ölüm xəbərinə çox üzüldüm. Onunla Milli Konservatoriyamızda demek olar ki, hər həftə görüşürdük. O qədər məzəli, səmimi, şux bir insan idi. Hələ mahnılarını demirəm, bal kimi şirin, su kimi büllur, dəniz kimi çılğın... Bütün insan hisslərinə hakim kəsilən mahnılar. Xoşbəxtəm ki, sağlığında onun mənim üçün xüsusi yazdığı "Mənim dünyam sənli-mənli" mahnısını oxumaq mənə qismət olub. Sonuncu dəfə isə bir həftə bundan qabaq Ramiz müəllimə həsr olunmuş Nərgiz Cəlilovanın aparıcılığı ilə verilişin qonağı oldum və "Alma almaya bənzər" filmindən mahnını duet oxuduq. Ramiz müəllim "Uşaqlar, sizin dueti çox bəyənirəm, sizin üçün yeni duet yazacam" dedi... Və...bu da qismət..."

L.Məmmədova əlavə edib ki, R.Mirişli xalq musiqisi üçün əlindən gələni edib: "Əzizim Ramiz müəllim, rahat yatın. Siz bu xalqın musiqi mədəniyyəti üçün əlinizdən gələni etdiniz. Qəlbləri titrədən mahnılar mirası qoyub getdiniz. Siz məhz bunun üçün aramıza gəlmişdiniz. Siz bir mələk idiniz, yenidən göylərə qalxdınız. Milli Konservatoriyamızın dəhliz və otaqlarında gözüm sizi hələ çox axtaracaq".



Bahar RÜSTƏMLİ
AzNews.az