Bu axşam Moskva vilayətində yerləşən Barvixdə “Luxury Village” zalında “Miss Rusiya 2015” nominasiyasının qalibinin adı bəlli olacaq. Bu axşam Moskva vilayətində yerləşən Barvixdə “Luxury Village” zalında “Miss Rusiya 2015” nominasiyasının qalibinin adı bəlli olacaq.

Bu gün “Rusiya gözəli”nin adı bəlli olacaq – VİDEO

Bu axşam Moskva vilayətində yerləşən Barvixdə “Luxury Village” zalında “Miss Rusiya 2015” nominasiyasının qalibinin adı bəlli olacaq.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "NTV" telekanalı yayıb.
Məlumata görə, bu dəfəki yarışa Krımın Simferopol, Sevastopol və Kerç şəhərlərindən 3 qız da qoşulub.

Yarışa, ümumilikdə 50 qız qatılıb.

"Rusiya gözəli"ni dizayner İqor Çapurin, teleaparıcı Oksana Fedorova, 2007-ci ildə "Miss Rusiya" nominasiyasının qalibi olan Kseniya Suxinova seçəcək.

1-ci yerin sahibinə 3 milyon rubl, avtomobil və "Dünya gözəli" yarışına qatılmaq hüququ veriləcək.

2-ci və 3-cü yerləri tutan gözəllər isə dünyanın istənilən ölkəsində oxumaq üçün qrant alacaqlar.