Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti Müqəddəs Pasxa bayramı münasibəti ilə slavyanəsilli sakinlər üçün ziyafət təşkil edib. Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti Müqəddəs Pasxa bayramı münasibəti ilə slavyanəsilli sakinlər üçün ziyafət təşkil edib.

İcra Hakimiyyəti xristianlara ziyafət təşkil etdi - FOTO

Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti Müqəddəs Pasxa bayramı münasibəti ilə slavyanəsilli sakinlər üçün ziyafət təşkil edib.


AzNews.az xəbər verir ki, ziyafət Lökbatan qəsəbəsindəki "Qaradağ" şadlıq sarayında keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Rus icmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Rusiya Federasiyanın Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı Aleksandr Qlatkov, Bakıdakı Rus Provaslav kilsəsinin baş keşişi Dolinin Protoevey Antonii və digər dəvət olunanlar iştirak ediblər.

Çıxış edən Azərbaycan Rus icmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin Azərbaycanı tolerantlığın yüksək səviyyədə olduğu bir ölkə olduğunu deyib. Bildirib ki, ölkədə milli azlıqların öz milli-mədəni dəyərlərini qorumaq üçün bütün şərait yaradılıb, rus dilində təhsil ocaqlarının, mədəniyyət evlərinin, mətbuat orqanlarının, televiziya verilişlərinin olması dövlət tərəfindən daim dəstəklənməsi və bu sahədə görülən işlərin genişlənməsi hər birimizi öz vətənimizdəki kimi hiss etməyimizə əminlik hissi yaradır.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Pasxa bayramı münasibəti ilə tədbir iştirakçılarını Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun adından təbrik edərək, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışıb və Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə sağlam ictimai-siyasi mühitin hökm sürdüyü, tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın bəslənməsini diqqətə çatdırıb.
image description image description image description image description image description image description image description