Türkiyənin paytaxtı İstanbulda Dünya Azərbaycanlıları Konqresinin (DAK) XIII qurultayı bu saatlarda öz işinə başlayıb. Türkiyənin paytaxtı İstanbulda Dünya Azərbaycanlıları Konqresinin (DAK) XIII qurultayı bu saatlarda öz işinə başlayıb.

DAK qurultay keçirir - (FOTO)

Türkiyənin paytaxtı İstanbulda Dünya Azərbaycanlıları Konqresinin (DAK) XIII qurultayı bu saatlarda öz işinə başlayıb.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının (AHP) İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.

S.Əsədli bildirib ki, DAK-ın "The Green Park Hotel Merter"də baş tutan XIII qurultayı hazırda Türkiyənin "BengüTürk" TV-sı ilə canlı yayımlanır.

Qeyd edək ki, qurultayda Türkiyənin hakim partiyası sayılan – AKP, aparıcı müxalifət partiyaları - CHP, MHP, BBP-nin rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, ülkü ocaqlarının, bu ölkədə və dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, Güney Azərbaycan qurumlarının təmsilçiləri, Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının sədrləri, QHT rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, ziyalılar və s. iştirak edirlər. Onların arasında MHP başqanının müavini, TBMM üzvü Atilla Kaya, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müşaviri, İraq Türkmən Yazıçılar Birliyinin sədri Əkrəm Fevzi Tərzioğlu, Qazaxıstandan Türkdilli Xalqlar Assambleyasının prezidenti Ermentay Sultanmurad və s. var.

Qurultay iştirakçıları ilk öncə Türk Dünyasında şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edib. Hər iki qardaş ölkənin dövlət himnlərinin səsləndiriləndən sonra qurultay açıq elan olunub.

Bundan sonra qurultaya nümayəndələr seçilib ki, onların da arasında dünyanın bir çox ölkələrindən, xüsusilə ABŞ, Avstraliya, Almaniya, İsveçrə, Türkiyə, Rusiya, Almaniya, Ukrayna, Gürcüstan, Polşa, Çexiya, İraq, Şimali Kipr Türk Respublikasının tanınmış simaları var.

AzNews.az
image description image description image description image description image description image description image description image description image description