Ermənistanda içində hərbçilərin olduğu “Ural” markalı yük avtomobili qəza törədib. Ermənistanda içində hərbçilərin olduğu “Ural” markalı yük avtomobili qəza törədib.

Ermənistanda hərbi maşın aşdı - ölən və yaralananlar var

Ermənistanda içində hərbçilərin olduğu “Ural” markalı yük avtomobili qəza törədib.


AzNews.az xəbər verir ki, bu barədə news.am saytı məlumat yayıb.

Bildirilir ki, Avtomobil Spitak-İrəvan yolunda dərəyə düşüb. Qəza nəticəsində yük maşının sürücüsü, 1995-ci il təvəllüdlü Artem Torosyan hadisə yerindəcə keçinib. 9 hərvçi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Hərbçilərdən 1-i əməliyyat olunub. 3-ünün vəziyyəti isə ağırdır.

Məlumat üçün bildirək ki, qəza törədən yük avtomobili Armavirdə keçirilən hərbi təlimdən qayıdırmış.