“Yüzlərlə bank bağlanacaq...”

Rusiyadakı iqtisadi böhran ucbatından yüzlərlə bank bağlanacaq. Musavat.com-un "Amerikanın səsi" radiosuna (rus) istinadən verdiyi məlumata görə bu barədə "Bloomberg" agentliyinin hazırladığı icmalda deyilir.

"Rusiya bankları üçün durum 2009-cu ildəkindən pisdir. O zaman Rusiya güclü şəkildə xarici maliyyələşmədən asılı idi. Ancaq o vaxt maliyyəyə çıxış kəsiləndə hamı başa düşürdü ki, bu, yalnız müvəqqəti haldır. Bu dəfə isə hər şey çox uzun çəkəcək" – icmalda deyilir.

Bildirilir ki, Rusiya bankları Qərbin tətbiq elədiyi sanksiyalar nəticəsində gəlirlərin azalmasının altını çəkir. Belə ki, ölkədəki depozit əmanətlərinin 45%-ni özündə saxlayan "Sberbank"ın gəlirləri 2014-cü ildə 20% azalıb. Digər bir güclü bank - "BTB"-nin gəliri isə ötən il 96% aşağı düşüb.