Rusiya Rəssamlıq Akademiyası təkcə yaradıcılıq sahəsində deyil, həmçinin ictimai təsir sahəsində də İmperator Akademiyasının ənənələrini davam etdirir. Buna görə də o, müasir ölkə mədəniyyətinin, habelə xarici mədəniyyətin ən yaxşı nümayəndələrini öz sıralarına cəlb edir. Rusiya Rəssamlıq Akademiyası təkcə yaradıcılıq sahəsində deyil, həmçinin ictimai təsir sahəsində də İmperator Akademiyasının ənənələrini davam etdirir. Buna görə də o, müasir ölkə mədəniyyətinin, habelə xarici mədəniyyətin ən yaxşı nümayəndələrini öz sıralarına cəlb edir.

Azərbaycanlı Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçildi

Rusiya Rəssamlıq Akademiyası təkcə yaradıcılıq sahəsində deyil, həmçinin ictimai təsir sahəsində də İmperator Akademiyasının ənənələrini davam etdirir. Buna görə də o, müasir ölkə mədəniyyətinin, habelə xarici mədəniyyətin ən yaxşı nümayəndələrini öz sıralarına cəlb edir.


AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu günlərdə rəyasət heyətinin iclasında akademiyanın fəxri üzvlərinin sırasına yeni adlar, o cümlədən həmvətənlərimizin adları daxil edilib. Vaxtilə Lomonosov və Didro, Rastrelle və Falkone də fəxri akademiklər olublar.

Rəyasət heyətinin yaz iclasında akademiyanın bir neçə yeni fəxri üzvü elan edilib. Ənənə üzrə onların arasında təkcə dünyanın tanınmış rəssamları deyil, həmçinin incəsənətin dəstəklənməsi işində böyük xidmətləri olan tanınmış adamlar, ictimai xadimlər vardır. Bu il fəxri üzv adını Səlim Şıxəliyevlə yanaşı Araz Ağalarov və Valeri Kosorukov da alıblar.

Rusiya Rəssamlıq Akademiyasının rəyasət heyəti Azərbaycan rəssamı Səlim Şıxəliyevə bu yüksək adın verilməsi haqqında qərarı onun çoxillik səmərəli fəaliyyətinə və müasir incəsənətin inkişafına böyük köməyinə görə yekdilliklə qəbul edib.

Diplomun təqdim olunması mərasimi Rusiya Rəssamlıq Akademiyasında rəyasət heyətinin iclası çərçivəsində keçirilib. Akademiyanın prezidenti Zurab Sereteli Azərbaycan rəssamına diplom, medal və akademiyanın fəxri üzvü mantiyasını təqdim edərək Səlim Şıxəliyevin incəsənətin inkişafına böyük kömək göstərdiyini vurğulayıb. Dünya şöhrətli fırça ustası, Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov da onu dəstəkləyib.

Öz növbəsində Səlim Şıxəliyev akademiyanın üzvü seçilmək şərəfinin ona nəsib edildiyinə və akademiyanın rəyasət heyəti üzvlərinin onun fəaliyyətini yüksək qiymətləndirdiklərinə görə dərin minnətdarlığını bildirib.

Rəssam deyib ki, bu gün onun üçün xüsusi bir gündür, dünya şöhrətli Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilməsi isə onun yaradıcılıq taleyində mühüm hadisədir. Sənətkarın sözlərinə görə, onun tələbəlik illəri Moskva ilə bağlı olduğu səbəbdən daha çox həyəcan keçirir. S.Şıxəliyev deyib: "Bu qərarı qəbul edənlərin və dəstəkləyənlərin hamısına bir daha böyük təşəkkür edirəm, bu, nəinki mənə, həmçinin bütün Azərbaycan rəssamlarına verilən dəyərdir".

V.İ.Surikov adına Moskva Akademik Rəssamlıq İnstitutunun məzunu olan Səlim Şıxəliyev fəaliyyət göstərdiyi uzun illər ərzində çox rəsm çəkib. Portretlərin, peyzajların, natürmortların, böyük çoxfiqurlu əsərlərin müəllifi, aydın kompozisiyaqurma ustası olan S.Şıxəliyev xətlərə və rənglərə virtuozcasına hakim kəsilib, lakonik və dərin ustalıq dəst-xəttinə malikdir.

S.Şıxəliyevin fərdi sərgiləri Meksikada, Fransada, Moskvada nümayiş etdirilib.