İstanbulun “Fənərbaxça” futbol klubu bu gecə daha bir şok yaşayıb. İstanbulun “Fənərbaxça” futbol klubu bu gecə daha bir şok yaşayıb.

“Fənərbaxça”ya daha bir hücum - VİDEO

İstanbulun “Fənərbaxça” futbol klubu bu gecə daha bir şok yaşayıb.


AZNEWS.AZ xəbər verir ki, sarı göylərin Ankara şöbəsinə naməlum şəxslər hücum edib.

Yerli vaxtla saat 20.00-da şöbənin qapıları bağlandıqdan sonra naməlum şəxslər əllərində dönər bıçağı və səki daşları ilə şöbəyə hücum edib. Hadisəni görənlər buna müdaxilə etməyib.

Ankaranın ən işlək prospektlərindən biri olan Tunis küçəsində yerləşən şöbəyə edilən hücumda şöbənin pəncərələrinin şüşələri sındırılıb, kompüterlər dağıdılıb.

"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım hadisədən xəbər alan kimi hücuma məruz qalan Ankara şöbəsinin rəhbərlərini axtararaq məlumat alıb.

Təcavüzə məruz qalan sarı göylərin Ankara şöbəsi özünün Twitter hesabında hücumdan sonra çəkilən fotoşəkilləri paylaşıb.

Klubun internet saytında "Klubumuza bir çirkin hücum daha" başlığı altında açıqlama yayılıb: "Binanın şüşələrini qıran təcavüzkarlar içəridəki əşyalara da zərər verib. Onlar səki daşlarını sökərək şöbəyə girib və ofisdəki kompüterləri dağıdıb".