Şamaxı-Yevlax yolunun 155-ci kilometrliyində, Ağsu rayonu ərazisində "Mercedes" və "Wolksvagen" markalı 2 minik avtomobil toqquşub. Şamaxı-Yevlax yolunun 155-ci kilometrliyində, Ağsu rayonu ərazisində "Mercedes" və "Wolksvagen" markalı 2 minik avtomobil toqquşub.

Ağsuda 2 avtomobil toqquşdu – Yaralı var

Şamaxı-Yevlax yolunun 155-ci kilometrliyində, Ağsu rayonu ərazisində "Mercedes" və "Wolksvagen" markalı 2 minik avtomobil toqquşub.


AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıblar.