Tarixdə bu gün: 25 aprel Tarixdə bu gün: 25 aprel

Aysel Teymurzadənin ad günüdür - 26 yaş

Tarixdə bu gün: 25 aprel


Tarixdə bu gün aprelin 25-də Ümumdünya Malyariya Günüdür.

Malyariya günü Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədi ilə 2007-ci ildə təsis edilib. Malyariya insana anofeles cinsindən olan ağcaqanadlar vasitəsilə keçir. Ağcaqanad sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş verir. Halsızlıq, yüksək qızdırma, üşütmə, baş ağrıları ilə özünü büruzə verən xəstənin vəziyyətində sonradan ağırlaşmalar qeydə alınır. Lakin malyariya müalicə olunan xəstəlikdir və bu ölümlərin qarşısını almaq mümkündür.

1607 - Holland donanması Cəbəllüttariq boğazında ispan donanmasını məğlub edib.

1744. İsveçli fizik Anders Selsi anadan olub. Temperatur vahidi onun şərəfinə adlandırılıb.

1841 - Çar Rusiyasının Qafqaz Baş İdarə Şurasının qərarı ilə Qazax, Şəmsəddil və Borçalıda azərbaycanlı bəy və ağalar torpaq sahibliyindən məhrum edilib, mülkləri müsadirə edilib. Eyni qərar həmin ilin mayında Xəzəryanı bölgələr üçün də verildi. Bunun ardınca bölgələrdə kəndli çıxışları başlanıb və 1842-ci ildə ağa və bəy torpaqlarının müsadirəsi dayandırılıb.

1905 - Tanınmış ədəbiyyatşünas alim, professor, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (25.04.1905 - 25.04.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. A.Puşkin, L.Tolstoy, V.Hüqo, O.Balzakın əsərlərini (rus dilindən) tərcümə edib. "Səbuhi" filminin (1941) ssenari müəllifidir.

1911 - Əməkdar artist Elmira Axundova (1911 - 26.11.1998) anadan olub. Tamaşa və operettalarda ("Arşın mal alan"da Asya) maraqlı obrazlar yaradıb.

1911 - Bakıda Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının ilk tamaşası keçirilib.

1914 - Xalq artisti, aktyor Məmməd İsmayıl oğlu Bürcəliyev (1914-25.11.1994) Şəkidə doğulub. Şəki Teatrında, 1935-ci ildən ömrünün sonunadək Gəncə Dram Teatrında çalışıb, 300-dən çox rol oynayıb, tamaşalara quruluş verib, "Yadigar" pyesinin müəllifidir. "Dəli Kür", "Gözlə məni", "Köhnə bərə" və s. flimlərdə çəkilib.

1918 - Bakıda hakimiyyəti ələ almış "Bakı Soveti"nin hökuməti - Stepan Şaumyanın sədrliyi ilə Xalq Komissarları Soveti yaradılıb. Tarixə "26 Bakı komissarı" adı ilı düşən qurum Leninin tapşırığı ilə Azərbaycanı sovetləşdirmək əzmində idi. "Bakı Kommunası"nda aparıcı vəzifələri ermənilər tuturdular, hökumətdə yeganə azərbaycanlı Məşədi Əzizbəyov idi. Bakı Kommunası Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminə qarşı yaradılmışdı. Hər iki qurumda təmsil olunan ermənilər isə əslində əlbir fəaliyyət göstərirdilər.

1919 - Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyamı başlanıb. Qiyamçılar bölgəni "Muğan Sovet Respublikası" elan ediblər. Qiyam iyulun sonunda hökumət qüvvələri tərəfindən yatırılıb.

1926 - Rza xan Pəhləvi özünü şah elan edib.

1946 - Rus siyasətçi, LDPR-in sədri vladimir Jirinovski anadan olub.

1957 – Tanınmış aktrisa, Xalq artisti Həmidə Məmməd qızı Ömərova anadan olub. "Qızıl uçurum" (Şəfiqə), "Anlamaq istəyirəm"(Çinarə), "Yol əhvalatı" (Zümrüd), "Qorxma, mən səninləyəm" (Telli), "Nizami" (Afaq), "Doğma sahillər" (Zivər) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Filmlərin dublyajında və səsləndirilməsində fəal iştirak edib.
Mədəniyyət və İncəsənət Universitetinin dərs deyir, Amerika kinosuna dair kitabların müəllifidr.

1962 - Türkiyədə Konstitusiya məhkəməsi qurulub.

1969 - Milli qəhrəman Albert Araqunov anadan olub.

1974 - Portuqaliyada qərənfil inqilabı qələbə çalıb.

1989 – "Eurovision-2009" mahnı müsabiqəsində üçüncü yeri tutan müğənni Aysel Teymurzadə anadan olub.

1997 - Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına (1954-cü il 19 dekabr tarixli) qoşulub. 1997-ci il aprelin 22-də Milli Məclis ölkəmizin konvensiyaya qoşulması barədə qanun qəbul edib. Qanun prezident tərəfindən imzalandıqdan sonra 25 apreldə dərc olunaraq qüvvəyə minib.

2000 - Zakir Qaralov Azərbaycan Respublikasının baş prokuroru təyin edilib.

2009 - Ermənilər Obamanı seçkiöncəsi vədini yerinə yetirməməkdə (uydurma "soyqırımı" tanımamaqda) günahlandırıb.